TÜRKİYE, IRAK TÜRKÜNÜ YALNIZ BIRAKMA!

Bu makale 30-11--0001 00:00 eklenmiş ve 1661 kez görüntülenmiştir.
TÜRK DÜNYASI YAZARLARLARI

Türkmen sesi

 

2003 yılında Amerika’nın Irak’ı işgal etmesi sonucunda ülkedeki dengelerin silahlı olan grupların eline geçmesi ve devlet otoritesinin de olmaması Irak Türklerinin hayatını cehenneme çevirdi. Irak Türlerine karşı şiddet olayları ve eylemler bir anda arttı. Tam diktatör Saddam’ın zulmünden kurtulduk derken, bu defa Irak Türkleri kendilerini düne kadar merhamet dileyenlerin zulmünün içinde buldu. Tarihte hiçbir millet yoktur ki, neredeyse her şehri bir katliamla anılmasın... Tarihte hiçbir millet yoktur ki, yıllar itibariyle bakıldıðında, sistematik olarak katledilmesin... Tarihte hiçbir millet yoktur ki soykırıma ve asimilasyona bu kadar maruz kalmasın...

 

Bugün “özgür ve demokratik” Irak’ta Türkmen hedeflerine yapılan saldırılar sıklaştırıldı ve Türkmenleri göçe zorlama esasına dayanan sistematik baskı arttı, Türkmenlerin ne can nede mal güvenliði var. Üst düzey Türkmen yetkililerine ve kuruluşlarına yönelik bombalama eylemleri, siyasetçi, doktor ve iş adamlarına karşı tehdit ve suikast girişimlerinin hala devam etmesi, aslında her şeyi göz önüne sermektedir. Bu gelişen olaylar Irak Türklerine karşı top yekun bir psikolojik savaştır. Hedef nedir? Irak’ta Türk varlıðını yok etmek.

Ama bir gerçek var Türk halkı ve dünya Türkleri Irak Türklerinin çektiði çile ve yaşadıkları tarifsiz acılara hep ortak olmuşlardır. Bu baðlamda Şirinxanım Kərimbəyli Şadiman hanım efendinin Irak Türklerinin yaşadıkları acılara merhem olacak iki şiir ithaf etmektedir. 

 

  

“Səlamlar olsun, məxsusən, Əli bəy Kərküklüyə digər məsləkdaşlara, Türkmənlərə! Sizin acılarınız bizim də ürəyimizi yaralayır.Amma mən bir yazar olaraq bu aðrıları sözün qüdrətiylə misra-misra sözə çevirdim.İki Şeirimi sizə yollayıram,

"Türkiyə, tək qoyma İraq türkünü" və "Haqlı olmaq istəyirsən güclü ol" bu sizin acılarla baðlıdır.

Sayðı və hörmətlə

 

Şirinxanım Kərimbəyli Şadiman

 

Bakü-Azərbaycan

 

11.12.2011                                                           

 

 

TÜRKİYƏ, TƏK QOYMA İRAQ TÜRKÜNÜ

 

Şəhid olmuş türklərin ruhuna ithaf

 

Ey ulu soyumun pak ata yurdu,

Mənim məhəbbətim sənə bir ordu,

Adına istəyim daima qordu,

Atam, sənə edir oðul ərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

O da, qəlbimizin bir parçasıdı,

Yaðı daðlar çəkir candan asıdı,

Şərə divan tutsaq qan qusasıdı!

Vurur üstbəüstdən düşmən sərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Sultanlar diyarı –  həşəmətli Paşam,

Sənin torpaðına qayayam, daşam,

Qoyma bu aðrının selindən daşam,

Düşmənlər zülümün edir bərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Cən axı Qazilər yurdusan, Vətən,

Ulu Bozqurdların Qurdusan, Vətən,

Oyandır içindən qurdu cən, Vətən,

Geyindir əyninə qəzəb kürkünü,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Harda göy atların, daha çapmayır?

Qardaşı axtarıb qardaş tapmayır...

Haqq yoluna gələn yoldan sapmayır,

Nəfəslər təngişir götür bürkünü,

Türkiyə, tək qoyma İraq türkünü.

 

O kimdən diləsin imdadı axı?

Götürüb dünyanı fəryadı axı?

Necə əzə bilər tək yadı axı?

Qandır, yaðılara haqqın dərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Sən bütün türklərin böyük Vətəni,

Şər necə ayırar canından təni?

Türkmənlər imdad çaðırır səni...

Durdur qanlar tökən hərki-hərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Bizim birliyimiz səndən başlayır,

Yaðı həddi aşıb başlar daşlayır,

Bu aðrı gözləri qanla yaşlayır,

Daşır iblislərin qəzəbi, kini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Türkün türkdın başqa dostu olmayır,

Sənsiz iş keçməyir, sənsiz olmayır,

Daha qədəhlərə şərbət dolmayır,

Götürüb aləmi məzlumun ünü,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Bizim Allahımız birlik olmalı,

Türklükdən doðulan ərlik olmalı,

Bir amala vuran dirlik olmalı,

Düşmən evi sayır şərin tərkini,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Oturt iðalçını, oturt yerində,

Yarası göynəyir türkün dərində,

Baðrı para-para olur yerin də,

Qayıt əvvəlinə, yad et ilkini!...

Türkiyə, tək qoyma İraq türkünü.

 

Yaðılar diddilər Azərbaycanı,

İndi də qurumur torpaqdan qanı...

Bugün də əzilir Kərkükün canı,

Vermə şeytan udsun Türkün kökünü,

Türkiyə, tək qoyma İraq türkünü.

 

Şəhidlər məkanı, ey şanlı diyar,

Şadiman səсdənə gəlib baş qoyar,

Sən bizə dünyada bir sevgili yar!...

Qaytar el-elata toyu-düyünü,

Türkiyə, tək qoyma İraq türkünü.

Türkiyə, tək qoyma İraq türkünü.

 

Şirinxanım Kərimbəyli Şadiman

 

11.12.2011/ Azərbaycan-Bakı

 

 

HAQQLI OLMAQ

İSTƏYİRSƏN GÜCLÜ OL

 

Haqlı olmaq istəyirsən, göclö ol,

Budur, yalnız haqqa gedən yol.

Bu yoldan keçir ürəklər də,

Coşub-daşan diləklər də.

Bu yola təslim aðıllar da,

Uşaq ikən oxuduðum

qorxulu naðıllar da.

Gücə könül verənlər çoxdan

dəf ediblər keçilməzləri.

Dünya saymır seçilməzləri,

Gücünü bilsələr sənə aşiq olarlar,

Duysalar gücsüzsən saçını yolarlar.

Evinə qırðın salarlar,

Əzrayıl qismində canını alarlar.

Haqqını sübut eləmək üçün,

Çox fikir eləmək neçin?

Əvvəl silahlan,

Çünki bununla alınır qan!

Canını düşün,

Sənə fələkət gətirəcək anını düşün.

Güclü olsan sənə dəyməzlər,

Bəxt yolunu əyməzlər.

Allah, Allah deməklə

Aðlın çətinliyi aşmaz,

Allah Yaradandır,

o, bəndələrin işinə qarışmaz,

Dünya qan və məkir içindədir,

İndi Rəbb özü də fikir içindədir.

Yəqin ki, öz yaratdıqlarına peşimandır,

Bu da çoxdan verilmiş fərmandır.

Yaşamaq istəyirsənsə qansız və davasız,

Güclü ol,

Silahın varidatından çox olsun,

Sənə gələn təpkilər yox olsun.

Bax elə götür yəhudiləri,

bir vaxt Hitler onları sobaya atırdı,

çünki gücü var idi,

aləmi bir-birinə qatırdı.

Bu güc zehninə yar idi.

            ***

İndi onlar Fələstini oda atır,

Şeytanın belində yatır.

Çünki silahlanıblar öz güclərini

dünyaya göstərmək üçün,

yandırırlar fələstinlilərin ciyərinin için.

Ərəb qardaşlarım,

Kef dünyası çoxdan keçib,

Cahan qan şərbətini içib.

Neftdən banglərə yıðdıðınız

Pullar dadınıza çatmaz,

Nədən sizi bu tökülən qanlar

qəflət yuxusundan oyatmaz?

Heç olmasa Səddam Hüseyni

yadınıza salın,

Onun başına gələnlərdən ibrət alın.

İndi gücü olmayan sayılmaz,

Nədən İslam adamı qəflət

yuxusundan ayılmaz?...

           ***

Ey hakimiyyətdə oturan islam övladı,

Gör başın üstündə gəzən fəryadı.

Aðlını başına yıð,

Tamahını sıð.

Öz xalqına etdiyin mənəm-

-mənəmlikdən qaç,

Millətinlə birlik süfrəsi aç!

Bəsdir başına döydülər,

Eninə, uzununa söydülər.

Hərdən bir mən,

vallah, müsəlman olmaqdan utanıram,

özüm-özümə od tutub yanıram.

Fələstin, Livan,Əfqanıstan, İraq,

Kosova, Uyðurlar, Qarabað,

Sinəmizdə çalınçarpaz dað!

Görəsən bizim başda oturan

kişilərimiz hara baxır?

Qadın, uşaq, qoca qanı sel kimi axır!

Əlimizi tərpədən kimi terrorçu deyirlər bizə,

Haqqa yolu əyirlər bizə.

Alıblar aðıllılar min bir fayda,

Belədir dünyada qayda,

Silah olsun atın, eşşəyin, dəvən,

Oðlun, uşaðın, nəvən,
Çoxdan silahlanıb canını, namusunu,

Lap elə varını sevən,

Öz gücünə güvən.

Gücü olmayan dövlət,

Dünya tərəfindən qazanar lənət!

               ***

Budur qansız, qadasız

Yaşamaq üçün haqqına gedən yol,

Haqqlı olmaq istəyirsən güclü ol!

Güclü ol!

                              

                             11.01.2009

 

Şirinxanım Kərimbəyli Şadiman

www.shirinxanim-shadiman.net

ETİKETLER :
YORUMCULARIN DİKKATİNE
İmlası bozuk, büyük harfle yazılan, hakaret niteliği taşıyan, argo, küfür ve ırkçı ifadeler içeren yorumlar kesinlikle yayınlanmayacaktır. Ayrıca suç teşkil edecek hakaret içerikli yorumlar hakkında muhatapları tarafından dava açılabilmektedir.

Adınız :
E-Mail :
Yorumunuz :
Güvenlik :
Diğer yazıları...
Yazılım
Uyumlu Web Tarayıcıları