AMERKA PREZDENTİ CORC BUŞ

Bu makale 30-11--0001 00:00 eklenmiş ve 1536 kez görüntülenmiştir.
TÜRK DÜNYASI YAZARLARLARI

AMERKA PREZDENTİ CORC BUŞ

      CƏNABLARINA MƏKTUB

 

“Hökmdarlar bir ölkəyə girən zaman onu

 xarabazara çevirərlər”

Quran, 27-ci surə, 34-cü ayə

 

 İraq xalqının başına bomba tökmək üçün

ABŞ prezdenti Corc Buş Səddam Hüseyinə

 48 saat vaxt verib...

 

Cənab Buş, dünyaya məsləhət yetər,

Bir gün tökdüyün qan sinəndə bitər.

Sən ey iraq xalqın aha batıran,

Dollarla dünyanın haqqın yatıran.

Könlündə Allahın rəhmi yox imiş,

Gözündə insanlıq fəhmi yox imiş.

Şərəmi köklənib bədəndə ruhun?

Gəl ərşə qaldırma cahanın ahın.

Orda körpələrin xoş nəfəsi var,

Orda anaların fəðan səsi var!

Bəsdir bu dünyaya aðıl verdiyin,

Tarixə çox qanlı naðıl verdiyin.

Xalqları min yerə parçaladıðın,

Fikri, düşüncəni haçaladıðın.

Allahı, İslamı şərləmək yetər,

Artıq bu fitvalar, qırðınlar bitər.

Tək Səddam deyil ki, dünyada bəşər,

İçində fitvalar hardan yerləşər?

Neyləyibdi sənə islam adamı?

Bəsdir ürəklərdə aðlatdın kamı.

Dünyada qadasız ötüşməyirsən,

Niyə bir yol haqqa yetişməyirsən?

Atan da qırðından alırdı vüsət,

Qan tökmək ona da olmuşdu sənət.

Sən fitva verdikcə terror da artır,

Dinlər bir-birini ölümə atır.

Yaradan deyilsən can aldırasan,

Aləmi məhşərə hey saldırasan.

İçində vicdanı atdın qəfəsə,

Girdin şeytan ilə bir elə bəhsə.

Batırma İraqın harayın belə,

Uçurma insanlıq sarayın belə.

Qıyma könül açan o gülzarlıða,

Çevirmə bu yurdu sən məzarlıða.

Daðıtma evlərdə odu, ocaðı,

Qanlarda üzməsin ana qucaðı.

Sənin öz ölkən var, yurdun-yuvan var,

Şeytana, iblisə neçə duan var?

Amerka xalqına bəla gətirmə,

Onların özünü aha yetirmə.

Hər atdıðın bomba, bir təzə terror,

Qanları çıxarır bil üzə teror.

Səndə heç adəmin həyası yoxdur,

Xəmrində bəşərin mayası yoxdur!

Dünyanı çalxatma qan dənizində,

Əbədi deyilik bu yer üzündə!

Bəşər tarixinə savaşla düşmə,

Harda sərvət gördün ora ilişmə.

Qanlı müharibə könlünə qida,

Sənə eşqmi verir bu, cəng, bu cida?

Hamımız cahanda bəşər övladı,

Qoyma qalxsın ərşə onun fəryadı.

Göydə buludlardan qan-yaş tökülür,

Dərddən bu dünyanın beli bükülür.

Bomban körpələrin düşər başına,

İblis çevrilməsin can sirdaşına.

Analar gözündə təlaşa bax bir,

Hamımız adəmik qanı, canıbir.

Nə kürdə qardaşsan, nə türkə qardaş,

İblisdən yaranıb işlətdiyin baş.

Salma bu cahanı əzaba, zora,

Günəşin istisi bişirər qora...

Bəsdir qəpik-quruş etdin xalqları,

Murdar dollarınla ötdün xalqları.

Dünyanı qırðına çəkmə amandı,

Allahın məhşəri sonda yamandı!..

Düşməsin qanlara dini-imanın,

Yel kəsər kələyin gələn dumanın.

Haqq-hesab çəkirsən əgər Səddamla,

Hünərin çatırsa tut onu damla.

Ona da hünərin çatsa bir zaman,

Yaddan yad ölkəyə yetişməz iman!...

Orda qadın, uşaq, qoca, xəstə var,

Hər tökülən qanlar sənə olmur ar.

Sən höküm etdikcə beyinlər qızır,

Bu axan qanları çiyninə yazır.

Ocaðın çevirmə göyə İraðın,

Hərdən bir ölkədən gəlir soraðın.

Bəsdir plan cızıb yol göstərdiyin,

Xoşun gəlməyənə kol göstərdiyin.

Sənin silahın var, onun cihadı,

Könlünü əsdirir o İslam adı.

Cənab Buş, bir düşün bunun sabahın,

Haqqı çəkiləcək hər bir günahın.

Rəhm eylə amerka xalqına, ey şah,

Dünyada özünü sanırsan Allah.

Allah ayaðına gələndə başın,

Dəryanı boðacaq acı göz yaşın.

Bəşəri qanlara çəkirsən özün,

İblis fitvasıyla yaðlanıb gözün.

İçində şeytanın qapısın baðla,

Aðla, sabahının gününə aðla.

Orda axan qanlar mənim də qanım,

O xalqla bir yerdə döyünür canım.

İraqın köksünə dəyən bir bıçaq,

Mənim ürəyimdə açacaq ocaq...

Sən ey bu dünyanı xətaya salan,

Nəfəsin, həvəsin, istəyin yalan.

Gətirmə ölümü, qanı Baðdada,

Hər atdıðın addım ölüm, qan-qada.

Ey aðlı, kamalı, düşünсəsı dar,

Səndən Amerkaya olmaz hökümdar!

Terrorla suçladın bütün bəşəri,

Sənsən bu dünyada yaradan şəri.

Ədalətsizlikdən doðubdu terror,

Dünyanın nəşəsin boðubdu terror.

Güclüyə çatmasa gücsüzün gücü,

Olur intiqamçın terror ülgücü!..

Güclüdən də güclü Allahımız var,

Allahdan asılı sabahımız var.

Odur hər bir işi yoluna qoyan,

Mənəmmənəmliyə, fitnəyə uyan,

Onun qarşısında diz çökər bir gün,

Açılar dünyanın köksündən düyün...

                    ***

Ey müsəlman əhli, haqqını anla,

Sənin kimliyini yudular qanla.

Dünən Əfqanıstan, bu günsə İraq,

Düşdün bir-birinin qəmindən iraq.

Ərəb, türk, balkanlar, çeçen, azəri,

Niyə kənarlaşıb haqqın nəzəri

İslam ellərinə tökülən qandan?!

Niyə qılınclanır İslam hər yandan?

Müsəman tuş gəlir qanlı savaşa,

Dünyanın ürəyi dönübmü  daşa?

Hamımız cahanda bəşər övladı,

Hamımıza bəlli adəmin adı.

Dinlərlə bölənlər məmləkətləri,

Artırır günbəgün fəlakətləri.

Buş bugün İraqı boðazdan asır,

Ərəb ölkələri dilini qısır.

Tökür şər Amerka qardaş qanını,

Ərəblər qoriyur şirin canını...

Artırır qisaçın şiddəti terror,

Qeyrətli qəlblərdə hiddəti terror.

Amerika suçlayır bütün dünyanı,

Özü tökə-tökə dünyada qanı...

                   ***

Cənab Buş, nigaran yurdunu düşün,

Qan tökməyə gedən ordunu düşün.

Əgər belə çəksən cahanın dərdin,

Çəkib qurtarmazsan bu qanın dərdin.

Bax hara gedəcək sonu bu işin?

Sənin də əzilər bir gün fil dişin...

Gətirmə İraqa ölmü, qadanı,

Yad et kainatı və Yaradanı.

Gözünü tutmasın varın, sərvətin,

Gözünə kül atma sən həqiqətin.

Terrordan qurtulmaq istəyən, ey kəs,

Savaşın ayaðın bu dünyadan kəs!

Axmasın cahanın gözündən yaşı,

Cənab Buş, ətəkdən gəl tök sən daşı.

Hamımız yer əhli – Kitabımız var,

Ulu Yaradana hesabmız var.

Dünyanı çevirmə bir Ərasətə,

Son qoy biabirçı bu siyasətə!

Cənab Buş, ətəkdən tökməsən daşı,

Yanar yer üzünün torpaðı, daşı.

Daşdırma Allahın böyük səbrini,

Dünyanın qazıma belə qəbrini.

Sülhün carçısıdır ərəb səlamı,

Hamıya öyüddür o pak kəlamı.

İncil, Tövrat, Zənbur, Quran eşqinə,

Dünyanı yaradan, quran eşqinə,

Axıtma cahanın gözündən yaşı,

Cənab Buş, ətəkdən gəl tök sən daşı...

                                              18.03.2003

 

Şirinxanım Kərimbəyli Şadiman

www.shirinxanim-shadiman.net

 

Bakı-Quzey Azərbaycanı

 

 

 

 

 

 

 

 

 

 

 

ETİKETLER :
YORUMCULARIN DİKKATİNE
İmlası bozuk, büyük harfle yazılan, hakaret niteliği taşıyan, argo, küfür ve ırkçı ifadeler içeren yorumlar kesinlikle yayınlanmayacaktır. Ayrıca suç teşkil edecek hakaret içerikli yorumlar hakkında muhatapları tarafından dava açılabilmektedir.

Adınız :
E-Mail :
Yorumunuz :
Güvenlik :
Diğer yazıları...
Yazılım
Uyumlu Web Tarayıcıları